Avtomobil alarkən dələduzlardan necə qorunaq? - Ekspertdən CAVAB

Azərbaycanda son dövrlər avtomobil alqı-satqısı zamanı dələduzluq halları ilə bağlı xəbərlərin artdığı müşahidə edilir. Xüsusilə lizinqlə satılan avtomobillərdə dələduzluq hallarına rast gəlinir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov dələduzluqdan qorunmağın yollarını açıqlayıb.
O bildirib ki, dələduzluqdan qorunmağın ən yaxşı üsulu alqı-satqı, sövdələşmə prosesinin yazılı şəkildə aparılmasıdır.
"Yəni əldə mütləq bir sənəd olmalıdır. Bu sənədlərdə sifariş edən və sifarişi qəbul edən tərəfin, daşınmanı çatdıran, satışı və alışı həyata keçirənlərin hamısının imzası orada olmalıdır. Əgər avtomobil satışı həyata keçirən fiziki yox, hüquqi şəxsdirsə, yaxşı olardı ki, orada imza ilə yanaşı möhür də olsun və hüquqi şəxsin ünvanları göstərilsin. Avtomobili sifariş edən və alan şəxs mütləq maraqlanmalıdır ki, bu şirkət ümumiyyətlə mövcuddur, yoxsa yox. Belə şirkət mövcud ola bilər, lakin onun, müəyyən səbəblərdən müflis olub, bağlanması da mümkündür. Bunu da araşdırmaq lazımdır. Sözügedən proses heç də çətin deyil. Vergi xidmətinə müraciət etməklə bunu bilmək olar", - ekspert qeyd edib.
(modern.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












