Aya ilk uçuş – “Apollo 8”

1968-ci ilin Milad gecəsi NASA kosmonavtları Bil Anders, Franks Borman və Cim Lovel o vaxta qədər heç kəsin etmədiyini edərək Ayın orbitinə səfərə çıxır. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Apollon 8 ilk növbədə Yer ətrafında olaşaraq tapşırıq və ay modullarını test etmək üçün hazırlanmış missiya idi. Ancaq Soyuq Müharibənin qızğınlığı Lovel və həmkarlarını bu missiyanı daha da inkişaf etdirməyə həvələndirirdi.
"Bizdə kəşfiyyat məlumatı var idi ki, Rusiya Ayın ətrafında dolaşmaq üçün bir və ya iki nəfər göndərməyi planlaşdırır. Beləcə onlar bu sahədə hər kəsdən üstün olduqlarını sübut edəcəkdilər." - deyə, Cim Lovel bildirib.
50 il əvvəl Floridanın Keyp Kanaveralından yola çıxan Apollo 8 gəmisinin ekipajı rusları qabaqlayaraq tarix yazmağı bacarır.
Endryu Conston Cim Lovelin kosmonavt kostyumu və Apollo 8-in uçuş məlumat kitabının sərgiləndiyi Çikaqo Adler Planetariumunda Atronomiya və Koleksiyonlar üzrə vitse-prezidentdir. "Hər kəs Aya ilk dəfə ayaq basan Apollo 11-i xatırlayır. Amma Apollo 8 ilə insanlar Aya bu qədər yaxın olmağı bacarmışdı. Bu insanın ilk dəfə Yerin ətrafından uzaqlaşdığı və Ayın uzaq tərəflərini insan gözü ilə gördüyü tarixi bir an idi." - deyə, Endryu bildirib.
Cim Lovelin sözlərinə görə, o, Apollo 8 missiyasının əhəmiyyətini yeddi ay sonra Keyp Kanaveralda məşhur aviasiya pioneri Çarles Lindberqlə birlikdə Apollo 11-in Aya ilk enişini izlərkən başa düşmüşdü. "O mənə baxdı, gözləri dolmuşdu və dedi ki, Apollo 8 vacib missiya idi. Ayın ətrafında ilk uçuş, ilk dəfə Ayı kəşf etmək. O bütün bunları gələcək proqramın konsepti olaraq görürdü. " - deyə, o əlavə edib.
Apollo 8 Lovelin Aya son səfəri deyildi. O Apollo 13-ün missiya rəhbəri olaraq 1970-ci ilin 13 aprelidə Ayın səthinə səfər edən ekipajda idi. Lakin, baş verən fəlakətli qəzaya görə missiyanın Aya eniş etməsinə mane olur və onlar gəmini Yerə qaytarmağa məcbur qalırlar.
Lovelin kosmosa son missiyası olan Apollo 13 bu gün NASA-nın tarixində "müvəffəqiyyətli uğursuzluq" kimi yadda qalmasına baxmayaraq, Lovel Ayın ən uzaq tərəflərini ilk dəfə görən bir insan kimi tarixə düşdüyü üçün məmnundur.
"BYD"dən maraqlı qərar: Bu cür qəza xərclərini şirkət qarşılayacaq
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?








