Ayı təyyarəyə minəndə belə olur

Rus mədəniyyətinin ayrılmaz parçası olan ayının sirkdə oynadılmasını, maşın sürməsini, mayallaq aşmasını çoxları görüb. Sən demə, ayı təyyarə ilə səyahət də edə bilirmiş.
Avtosfer.az xəbər verir ki, bu hadisə 1987-ci ildə Moskvada baş verib. Dəmir pərdənin nisbətən aralandığı vaxt.
Brakonyerlərin xəz üçün öldürdüyü ayının balasını ovçular xilas edir. Ayıcıq insanların arasında bəslənir və adamlara uyğunlaşır. Artıq böyüsə də, onu təbiətə buraxmaq olmazdı. Rahat qidaya öyrənmiş heyvan vəhşi təbiətdə uzağı 1 həftəyə məhv ola bilərdi. Çıxış yolu kimi ayını Çexoslovakiyanın Ovçular Cəmiyyətinə hədiyyə verilir. Heyvanı Praqaya aparmaq məsələsi gəldikdə çətinlik ortaya çıxır. Sovtrans şirkəti heyvanın 3 gün yol getməsi üçün maşınlarda şərait olmadığını bildirir. Bundan sonra qərar verilir: Ayı təyyarə ilə gedəcək. Hadisəni işıqıandırmaq üçün ayı ilə birgə məşhur jurnalist də ezam olunur.
Moskva-Praqa reysi ilə uçan təyyarənin arxa hissəsində bir neçə cərgə ayı üçün ayrılır. Lakin təyyarə havaya qalxdıqdan sonra ayı elə ayı olduğunu göstərir. Ayı salonu batırır, stüardessalar isə ürəklərini jurnalistə boşaldırlar. Həm də burada yazmaq mümkün olmayan ifadələrlə.
Lent.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












