Ayı təyyarəyə minərsə vəziyyət belə olur - FOTO

Rus mədəniyyətinin ayrılmaz parçası olan ayının sirkdə oynadılmasını, maşın sürməsini, mayallaq aşmasını çoxları görüb. Sən demə, ayı təyyarə ilə səyahət də edə bilirmiş.
Avtosfer.az xəbər verir ki, hadisə 1987-ci ildə Moskvada baş verib. Dəmir pərdənin nisbətən aralandığı vaxt.
Brakonyerlərin xəz üçün öldürdüyü ayının balasını ovçular xilas edir. Ayıcıq insanların arasında bəslənir və adamlara uyğunlaşır. Artıq böyüsə də, onu təbiətə buraxmaq olmazdı. Rahat qidaya öyrənmiş heyvan vəhşi təbiətdə uzağı 1 həftəyə məhv ola bilərdi. Çıxış yolu kimi ayını Çexoslovakiyanın Ovçular Cəmiyyətinə hədiyyə verilir. Heyvanı Praqaya aparmaq məsələsi gəldikdə çətinlik ortaya çıxır. Sovtrans şirkəti heyvanın 3 gün yol getməsi üçün maşınlarda şərait olmadığını bildirir. Bundan sonra qərar verilir: Ayı təyyarə ilə gedəcək. Hadisəni işıqıandırmaq üçün ayı ilə birgə məşhur jurnalist də ezam olunur.
Moskva-Praqa reysi ilə uçan təyyarənin arxa hissəsində bir neçə cərgə ayı üçün ayrılır. Lakin təyyarə havaya qalxdıqdan sonra ayı elə ayı olduğunu göstərir. Ayı salonu batırır, stüardessalar isə ürəklərini jurnalistə boşaldırlar. Həm də burada yazmaq mümkün olmayan ifadələrlə.
İşin qanuni tərəinə gəlincə, beynəlxalq hüquq heyvanların təyyarə salonunda açıq şəkildə daşınmasını qadağan edir.
Vüqar
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












