Azərbaycana 8 ayda nə qədər turist gəlib? - FOTO

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 004,1 min nəfər, təkcə avqust ayında isə 172 min nəfər turist gəlib.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 2,2 dəfə çoxdur.
Ötən ay ölkəmizə ən çox Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanından turistlər gəlib. Bu ölkələr üzrə gələn turist sayı müvafiq olaraq 43 min, 24,2 min və 22,8 min nəfər olub.
Bundan əlavə İrandan 14,4 min, Gürcüstandan 7,6 min, Pakistandan 6,9 min, Hindistandan 5,7 min, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 4,7 min. Küveytdən 4,4 min, Omandan 4 min, İsraildən 3,8 min, Qazaxıstandan 3,7 min, Özbəkistandan 3,5 min, Belarusdan 2,3 min və Ukraynadan 2 min əcnəbi ölkəmizə gəlib.
Azərbaycanı seçən ziyarətçilərin 25,3%-i Yaxın Şərq ölkələrini, 25%-i Rusiyanı, 14%-i Asiya ölkələrini və Türkiyəni, 7%-i Avropa ölkələrini, 8,4%-i İranı, 4,4%-i Gürcüstanı, 1,7%- isə digər regionları təmsil edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













