Azərbaycanda 75 il əvvəl yoxa çıxmış Özbəkistan təyyarəsi - FOTO

Azərbaycan SSR-in tarixi maraqlı hadisələrlə zəngindir. Sadəcə olaraq həmin hadisələrin böyük əksəriyyəti senzuraya görə mətbuata yol tapmayıb. Bunlardan biri də 1948-ci ildə baş vermiş təyyarə qəzasıdır. 12 oktyabrda baş vermiş hadisənin heç bir izi tapılmayıb. Ən azından arxivlərdə bu barədə məlumat yoxdur.
Avtosfer.az xəbər verir ki, Rusiya saytlarında, daha doğrusu məxfilik qrifi götürülmüş sənədlərdə bu hadisə aşağıdakı kimi təsvir edilir:
Daşkənddən 11 oktyabrda gələn Aeroflotun Özbəkistan bölməsinə məxsus İl-12 tipli təyyarə saat 11.15-də Bakı aeroportuna enir. Uçuşu davam etdirmək üçün şərait çox da əlverişli deyildi. Ertəsi gün təyyarənin Soçiyə yola salınmasına qərar verilir. Lakin ənənəvi Mineralnıe Vodı marşrutu ilə deyil, Bakı-Yevlax-Tbilisi marşrutu ilə. Moskvadan icazə alınmır. Həmin gün Bakı aeroportu da güclü küləyə görə təyyarələri qəbul etmirdi. Lakin aeroport rəisi marşrut üzrə hava şəraiti ilə maraqlanmadan uçuşa icazə verir. Təyyarədə heç bir yoxlama aparılmır, pilotlar təlimatlandırılmır.
Saat 10.40-da uçuşa icazə verilir – maksimum hündürlük 3000 metr olmaqla. Yarım saat sonra rabitəçi Tbilisi ilə əlaqə yarada bilməməsi barədə xəbər verir. Bir azdan rabitə bərpa olsa da, pelenqator işləmədiyindən komandir Bakıya qayıtmağa qərar verir. Məlum olur ki, rabitəçi koordinatı səhv yığıb. Bakıdakı idarəetmə mərkəzi bu barədə aeroporta xəbər vermir.
Bir qədər sonra rabitəçi Yevlax aeroportu ilə əlaqə qurmağa nail olsa da, 10 dəqiqə sonra əlaqə itir. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. Hava gəmisinin axtarışları heç bir nəticə vermir. Təyyarədəki 6 ekipaj üzvü və 4 sərnişinin də taleyi təyyarəninki kimi qeyri-müəyyəndir.
İstintaq komissiyasının ehtimalına görə, qəzaya rabitə cihazlarının nasazlığı səbəb olub. Maşın buzlanmaya görə dağa çırpılıb. Komissiyanın sənədlərində məntiqi olaraq şəkil yoxdur.
75 ildir təyyarə Azərbaycanın hansısa ərazisində itib. Amma unutmayaq ki, bəzən 50-60 il əvvəl itmiş təyyarələrin qalıqları tapılır.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












