Azərbaycanda avtostopla səfərlərə maraq necədir? - VİDEO

Bölgələrə yaxud xarici ölkələrə səfər edənlər səyahət üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə edirlər. Cibə daha qənaətli və sərfəli səyahət növlərindən biri də avtostopdur.
Avtostop dünyada tarixən yayılmış bir tətbiqdir və dünyanın əksər ölkəsində bu tətbiqin istifadəsinə qanunla icazə verilir.
Məsələn, ABŞ-da avtostopdan istifadə edən şəxsin magistral yolun kənarında durmaması şərtilə 50 əyalətdən 44-ündə istifadəsi qanunidir. Kubada isə mövcud avtostop məkanlarında turist varsa, avtomobil sürücülərinin dayanmaları məcburidir. Nepalın kəndlərində əksər insanların avtomobili olmadığına görə avtostopdan geniş istifadə olunur. Hollandiyada avtostop qanunidir və əsasən universitetlərin olduğu şəhərlərdə daha geniş istifadə olunur. Polşada avtostop 1957-ci ildən bəri qanunla tənzimlənir. Avtostopun təhlükəsizliyi ilə bağlı isə məlumatlar məhduddur.
Kaliforniyalı tədqiqatçılar bildirirlər ki, belə səyahətlərdə bəzi hallarda şifahi mübahisələr, yersiz şərhlər olsa da, fiziki hücumlara çox nadir rast gəlinir. Alman tədqiqatçılarının qənaətinə görə isə, faktiki risk ictimaiyyət tərəfindən qəbul edilən riskdən çox aşağıdır. Bəzi məqamlara diqqət edilərək məqsədəuyğun şəkildə həyata keçirilərsə, avtostop güvənli nəqliyyat vasitəsinə çevrilə bilər.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












