Azərbaycanda elektrikli avtomobillər də problem yaradacaq

Ölkəmizdə elektrikli nəqliyyat vasitələrinin sayı gün keçdikcə artır. Hətta belə bir iddia da var ki, elektrikli avtomobillərin sayı artdığı üçün elektrik enerjisi də maviya yanacaq (qaz) kimi müəyyən limit daxilində istifadəyə veriləcək. Bu zaman limiti ötən vətəndaşların borcu digərlərindən fərqli şəkildə hesablanacaq.
Bəs ölkəmizdə bu avtomobillərin sayı nə qədərdir? Belə maşınların sayının artması sözügedən iddianın həyata keçməsinə şərait yarada bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov bildirib ki, ölkəmizdə bu tipli avtomobillər hələ ki o qədər də çoxluq təşkil etmir:
“Bu yaxınlarda ölkəmizə Çin Xalq Respublikasından elektrikli avtobuslar da gətiriləcək. Dediyiniz isə hələlik bir iddiadır. Bizdə elektrik enerjisi həddindən artıq işlənir. Bu enerji həm sənayedə, həm də əhali tərəfindən istifadə edilir. Yəqin ki, belə bir limit tətbiq edilsə, əhaliyə şamil edilməz”.
Ekspertin sözlərinə görə, şəxsi avtomobillərdə istifadə edilən elektrik enerjisi məsələsində bu kimi addımın atılması mümkündür:
“Bu iddia sadəcə sözdür, amma söz də nə vaxtsa müəyyən qədər öz yerini tutur. Ona görə də bu kimi şeylərə insanlar təəccüblənməməlidir. Bu məsələ gələcəkdə məlum olacaq. Sözügedən iddianın haradan gəldiyini bilmirəm, ammma rəsmi bir məlumat yoxdur”.
F.Eyyubov sonda qeyd edib ki, elektromobillərin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var:
“Bu mənfi cəhətləri say çoxalandan sonra daha yaxşı görəcəyik. Elektromaqnit dalğaları, elektrik enerjisinin istismarı və digər məsələlər bu mənfi cəhətlərdən bir neçəsidir. Təbii ki, bunların da nə vaxtsa müəyyən təsirləri olacaq”.
(modern.az)
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










