Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "İnstagram" olub.
"APA" bu barədə “StatCounter”a istinadən xəbər verir.
Hesabat dövründə "İnstagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 35,35% təşkil edib. Bu isə aprel ayı ilə müqayisədə 2,87 faiz bəndi və ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,6 faiz bəndi çoxdur.
İstifadəçi sayına görə, ikinci yerdə 20,66% payla "Pinterest" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 0,3 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz bəndi az olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 18,56% payla "Facebook" olub. Bu, aprel ayı ilə müqayisədə 2,59 faiz bəndi, illik müqayisədə 13,24 faiz bəndi azdır. Qeyd edək ki, bu ilin mart ayında "Facebook"un Azərbaycandakı bazar payı 34,6% təşkil edib.
Ötən ay "YouTube" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 1,97 faiz bəndi, illik 4,43 faiz bəndi artaraq 14,57%-a çatıb. May ayında "YouTube" istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.
Ötən ay "X" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,97 faiz bəndi, illik 2,21 faiz bəndi azaldaraq 6,32%-lə beşinci yerdə dayanıb.
İstifadəçi sayına görə, altıncı yeri isə 1,85% payla "LinkedIn" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,35 faiz bəndi, illik 0,98 faiz bəndi artırıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












