Azərbaycanda ən çox maaş kimlərə TƏKLİF OLUNUR?

Dövr, maraqlar, cəmiyyət dəyişsə də, dəyişməyən, zamanla qəlib formasına düşən cümlələr var. Bunlardan “iş tapa bilmirəm”, “yüksək maaşlı iş tapa bilmirəm” kəlmələrini daha tez-tez eşidirik.
Bəs görəsən, həqiqətənmi Azərbaycanda yüksək maaşlı iş tapmaq çətindir?
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-ın əməkdaşının apardığı araşdırma göstərib ki, ölkədə eyni sahə üzrə müxtəlif maaşlı işlər təklif olunur.
Elan saytlarında ən yüksək maaş maliyyə sahəsində təklif olunur:
Maliyyə direktoru - 6 000 manat;
Baş mühasib - 4 500 manat;
Vergi direktoru - 4 500 - 6 000 manat.
Ən çox maraq olan satış sahəsində isə vəziyyət belədir:
Mağazanın bölgə müdiri - 2 500 - 3 000 manat;
Satış meneceri - 4 000 manat.
Əksəriyyətin gəlirlərin yüksək olduğunu düşündüyü təmir-tikinti sahəsində isə vəziyyət belədir:
Bu sahə üzrə santexnika ustalarına 800 manat, elektriklərə isə 500 - 1 500 manat arası əməkhaqqı təklif edilir.
Səhiyyə sahəsində isə vəziyyət tam fərqlidir. Eyni vəzifə üzrə müxtəlif qurumlar tərəfindən fərqli maaşlar təklif olunur. Belə ki, bir müəssisə həkimə 2 400 manat, digəri isə 600 manat maaş təklif edir.
Digər ixtisaslardan:
Optika üzrə tibbi nümayəndəyə - 1 500 - 2 000 manat;
Əczaçıya - 700 - 800 manat;
Tibb bacısına - 500 manat əməkhaqqı təklif edilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












