Azərbaycanda “Hinduşka” festivalı keçirildi - FOTOLAR

Bu gün Biləsuvar rayonunda “Hindquşu festivalı” keçirilib.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, festivalda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Masallı,Cəlilabad, Salyan, Cəbrayıl rayon İcra Hakimiyyətlərinin başçıları, rayonun huquq mühafizə orqanlarının rəhbərləri, tədbirin təşkilatçıları, rayonun sakinləri, yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpaz və dequstatorları iştirak edib.
Festival zamanı hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam rayonun sakinlərinə və qonaqlara təqdim olunub.
Tədbirin rəngarəng olması məqsədilə festivalda həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş olunub. Ən dadlı təamlar hazırlayan aşpazlar tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbirin ən maraqlı hissələrindən biri olaraq təşkil olunmuş qədim toy adətlərini əks etdirən simvolik toy mərasiminin keçirilməsi qonaqların diqqətini çəkib.
Festival boyu müsiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunaraq sonda möhtəşəm atəşfəşanlıq keçirilib.





3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












