Azərbaycanda məktəb avtobusları yaradılır? - AÇIQLAMA

Orta məktəblərdə şagirdlərin evlərindən təhsil müəssisələrinə daşınması üçün nəzərdə tutulan avtobus ənənəsi dünyanın bir çox ölkəsində istifadə edilsə də, Azərbaycanda tətbiq edilmir. Ölkəmizdə valideynlər evdən uzaqda oxuyan övladlarını ya ictimai nəqliyyatdan, ya da şəxsi avtomobildən istifadə edərək məktəbə aparırlar.
Bir neçə il əvvəl Azərbaycanda məktəb avtobuslarının yaradılması müzakirə edilsə də, nəticə vermədi. Bu ilin mart ayında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev məktəb avtobuslarının tətbiqinin çətin olduğunu açıqlamışdı.
Ancaq məktəb avtobusları həm şagirdlərin məktəbə gəlməsini rahatlaşdırmaq və tıxacların qarşısını almaqda faydalı ola bilər.
Məktəbəqədər Təhsil və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜDTA) bildirilib ki, məktəb avtobusları təhsilə dair müvafiq qanunvericiliklə tənzimlənmir:
“Şagirdlərin daşınması təhsil müəssisəsinin iştirakı olmadan valideynlər və özəl servisi həyata keçirən tərəflər arasında bağlanmış müqaviləyə uyğun həyata keçirilə bilər. Agentlik tərəfindən tərəflər arasında bağlanmış xidməti müqavilə və ya razılaşmaya müdaxilə edilmir”.
(modern.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












