Azərbaycanda Traqikomik hadisə: avtomobilini texniki baxışdan keçirə bilmir - VİDEO

Bir nəfər avtomobilinə yazılan cərimə protokolu ilə razılaşmadığı üçün məhkəməyə müraciət edib. Xətai rayon Məhkəməsi iddiaçının şikayətini təmin edərək yazılan protokola xitam verib. Cərimə ləğv edilsə də, Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində onun avtomobili həmin cərimə sistemdə qüvvədə olduğu üçün texniki baxışdan keçirilməyib. İndi texniki baxış müddəti bitdiyi üçün onun avtomobilinə əlavə cərimə də yazılıb. Bəs vətəndaş bu probleminin həll edilməsi üçün nə etməlidir?
Məhkəmə cərimə protokolunu ləğv etsə də, yol polisi onun avtomobilini texniki baxışdan keçirmir. Bu səbəbdən onun avtomobilinə texniki baxışdan keçmədiyinə görə əlavə cərimə də yazılıb.
Hadisə paytaxt sakini Valid Əliyevin başına gəlib. İyulun 7-də Xətai rayonunda sarı işıqdan keçdiyinə görə, ona 60 manat məbləğində cərimə protokolu yazılıb. O bunun əsassız olduğunu düşünərək yazılan cərimə ilə razılaşmayıb
Valid Əliyevə cərimənin silinməsi üçün Xətai rayon məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının şikayətini təmin edərək, iyulun 27-də yol polisi tərəfindən yazılan protokola xitam verib.
O qərar əsasında cərimənin silinəcəyinə əmin olduqdan sonra, avtomobilini texniki baxışdan keçirmək üçün müayinə mərkəzinə yaxınlaşıb. Orada protokolun qüvvədə olduğu əsas gətirilərək, avtomobili texniki baxışa buraxılmayıb.
Verilən müddət ərzində avtomobilini texniki baxışdan keçirə bilməyən Valid Əliyevə avqustun 31-də əlavə olaraq texniki baxış müddətinin bitdiyi üçün 50 manat cərimə də yazılıb. Şikayətçi bildirir ki, üstəlik birinci cəriməsi sistemdən silinmədiyi üçün artıq üzərinə 10 manat dəbbə pulu da gəlib. O indi məhkəmə qərarını əsas gətirərək hər iki cəriməsinin silinməsini, avtomobilinin texniki baxışdan keçirilməsini istəyir.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, idarə tərəfindən xətai rayon məhkəməsinin qərarı ilə bağlı apelyasiya şikayəti verilib. Məhkəmə mübahisələndirilməsi davam etdiyi üçün protokol qərarı qüvvədə saxlanıb. Yəni sürücü apelyasiya prosesinin nəticəsini gözləməlidir.
Azərbaycanda TRAGİKOMİK HADİSƏ: avtomobilini texniki baxışdan keçirə bilmir
Posted by Xəzər Xəbər on Thursday, September 8, 2022
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA










