Azərbaycanda tüninq xidməti: QAYDALAR

Bəzilərinin avtomobili alar-almaz, bəziləri isə bir müddət keçdikdən sonra maşınının ümümi görünüşündə dəyişikliklər etmək könlündən keçir.
Avtomobilin ümumi görünüşündə bu cür dəyişikliklər etmək, ona müasir dizayn vermək avtotüninq adlanır. Bu söz Azərbaycan dilinə “qurmaq”, “düzəltmək” kimi tərcümə olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə Ted məlumat yayıb.
Sovet dövründə məşhur olan tüninq xidmətinə hazırda hansı məhdudiyyətlər var?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Sovet dövründə maşınların mühərrikinə, sürətlər qutusuna müdaxilə edilirdi. Xarici görünüşündə dəyişikliklər olunurdu:
“Sadəcə bu, avtomobilə bəzək vurmaq üçün deyil, onun görkəminin bir qədər dəyişdirilməsi, xarici görünüşünün daha maraqlı, cəlbedici edilməsi ilə bağlı idi”.
O bildirdi ki, tüninq olunarkən avtomobilin həm eksteryerində, həm də interyerində olan istənilən dəyişiklikəri həyata keçirmək olurdu: “Sovet dönəmində bəzən belə konstruktiv dəyişikliklərə icazə verilməsə də, o qədər də böyük məhdudiyyət yox idi. Azərbaycan Avropa standartlarına uyğunlaşdırılandan sonra artıq müəyyən təhlükəsizlik standartları qəbul olundu və bu standartlara görə bir çox tüninq hərəkətləri qadağan edildi”.
“Hazırda da bu qadağa qüvəddədir. Yalnız avtomobilin müəyyən detallarına xüsusi təhlükəsizlik və hərəkətə zərər verməyən, diqqəti yayındırmayan müəyyən detalların dəyişdirilməsinə və yaxud əlavə edilməsinə icazə verilir”, – deyə o bildirdi.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












