Azərbaycanda və Koreyada piyadalar qaydalara belə əməl edir - VİDEO

Ölkəmiz günü-gündən inkişaf edib müasirləşsə də, cəmiyyətimiz nədənsə inkişaf etmək istəmir. Bəzən deyirik ki, niyə Avropa səviyyəsinə çata bilmirik? Bunun niyəsi hər birimizin düşüncəsindən, davranışından asılıdır. Yollarda baş verən qəzalar, ölümlər məhz düşünə bilməməyimizin nəticəsində baş verir. Heç kim qaydalara riayət etmək istəmir. Özünü və ətrafını düşünən çox az sayda adamlar var. Soruşanda da deyirlər ki, “mənim düzəlməyimlə cəmiyyət düzələcək?”. Yanlış fikir də buradan formalaşır. Hamı qaydalara riayət etməyə özündən başlasa qısa müddət ərzində dəyişikliklər hiss oluna bilər. Lakin heç kim özündən başlamağa cəhd etmir.
Avtosfer.az Cənubi Koreya ilə Azərbaycanda yaşayan insanların fərqini sizə göstərmək istəyir. Cənubi Koreyada piyadalar üçün qırmızı işıq yanan zaman yol boş olsa belə heç kim yolu keçmir və buna cəhd də etmir. Lakin Azərbaycanda piyadalar qırmızı işıq fərqində deyillər. Hamı “tələsir”, hamının “xəstəsi var”, “heç kim əməl etmir, mən niyə edirəm?” – bəhanələri bitib tükənmək bilmir. Nəticədə isə qəzalar və ölümlər baş verir. Bu ölümlərin qurbanları da əksər hallarda bəhanə edənlər olur.
Qaydalara riayət etməmək, düzgün davranış nümayiş etdirməmək kənardan çox pis görsənir. Həmin mənzərəni kənardan müşahidə etmək üçün hər iki ölkədən çəkilmiş videonu təqdim edirik:
Leyla
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












