Azərbaycandan 20 dəfə böyük olan ölkədə cəmi 2 RADAR VAR - FOTO

Dünya yollarında radarlar göbələk kimi artır. Artıq bir çox ölkədə yollardakı radarların da statistikası aparılır.
Avtosfer.az xəbər verir ki, discovercars.com saytı dünyanın 122 ölkəsində radarların statistikasını açıqlayıb.
Statistikaya görə dünyada ən çox aktiv radar Braziliyadadır. Bu ölkədə 1 milyon km yola müxtəlif tipli 15380 radarla nəzarət olunur.
İkinci yerdə gələn İtaliyada 10 425 radar fəaliyyətdədir.
Üçüncü yerdəki ABŞ-də 7975, Britaniyada isə 4815 radar fəaliyyət göstərir.
Rusiyada radar sayı 18 mindən çox olsa da, əksəriyyəti işlək olmadığından ilk sıraya qoyulmayıb.
Amma elə ölkələr var ki, orada radarı baraqmla saymaq olar. Məsələn, 1,6 milyon kvadrat kilometr (Azərbaycandan təxminən 20 dəfə böyük) əraziyə malik Monqolustanda cəmi 2 radar var.
Müqayisə üçün, Avropanın cırtdan dövləti, 160 kvadrat kilometr əraziyə malik, 40 min nəfər əhalisi olan Lixtenşteyn Knyazlığında cəmi 1 radar istismardadır.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













