Azərbaycanın ən ağır pulu – 1 kiloqram - FOTO

Bu pulu çoxları görməyib ki, bu da tam təbiidir.
Avtosfer.az-ın xəbərinə görə, 2013-cü ildə Mərkəzi Bank ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə qızıl yubiley pul nişanını tədavülə buraxıb.
Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal olunmuş pulun üz tərəfində ümummilli liderin adı, portreti, imzası, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Azərbaycanın xəritəsi, pulun nominalı və buraxılış ili təsvir edilib.
İşin ən maraqlı tərəfi pulun kütləsidir – 32,3 unsiya və ya 1005 q xalis qızıl. Bu puldan cəmi 5 ədəd hazırlanıb. Texniki parametrlərə gəlincə:
Buraxılış ili - 2013
Nominalı - 1000 manat
Metalı – Qızıl (Au 999.9)
Çəkisi - 32.3 unsiya (1005 q)
Diametri - 100 mm
Keyfiyyəti - Pruf
Buraxılış limiti - 5 ədəd
Mərkəzi bankın yubiley və xatirə pul nişanlarının onlayn satış sistemindən görürük ki, bu pul nişanı artıq satışda yoxdur.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














