Azərbaycanın milli parklarından yaz görüntüləri - FOTO

Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bu gözəllikləri ölkənin bütün bölgələrini əhatə edən milli parklarımızda da görmək mümkündür.
Qərb bölgəsinə səyahət etsəniz Kəpəz dağının ətəyində bir-birindən gözəl göllərin əhatəsində yerləşən Göygöl Milli Parkındakı füsunkar mənzərənin şahidi olacaqsınız.
Şimalda və şimal-qərbdə Şahdağ Milli Parkının dağlıq və dağətəyi landşaftında xüsusi zövq yaradan göllər və dağ çiçəkləri diqqət çəkir. Şahdağın yaz mənzərəsi bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.
Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da yaşıl örtüyə bürünüb.
Bu yaz Abşeron yarımadasının ən ucqar nöqtəsinə- Abşeron Milli Parkına da özünəməxsus gözəllik gətirib. Qırmızı, sarı, təbiətin rəng axarı...
Altıağac Milli Parkının meşəlikləri və çəmənlikləri də yaz peyzajı ilə göz oxşayır.
Ağgöl Milli Parkının düzən əraziləri lalələrlə qırmızı xalıya bənzəyir, bu mənzərə təbiətə daha da gözəllik qatıb.
Xəzər dənizini sıx meşələrlə birləşdirən Azərbaycandakı yeganə ərazi olan Samur-Yalama Milli Parkının da öz gözəlliyi var.
Təbiətin oyanışı ölkənin ən böyük ornitoloji məkanı kimi tanınan Qızılağac Milli Parkında daha gözəl mənzərə yaradıb.
Ceyranlar oylağı Muğan düzünün yaz gözəlliklərini Şirvan Milli Parkında axtarın.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












