Azərbaycanla Sankt- Peterburq arasında qarşılıqlı turist axını 20 %-dək artacaq

Bu il Azərbaycanla Rusiyanın Sankt- Peterburq şəhəri arasında qarşılıqlı turist axının 10-20 % artacağı proqnozlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bunu Turizmin inkişafı üzrə Şəhər Komitəsinin sədri vəzifəsini icra edən Nana Qviçia deyib.
Onun sözlərinə görə, hazırda Sankt-Peterburqda Azərbaycandan olan 40 turoperator və turizm agentliyindən ibarət nümayəndə heyəti səfərdədir:
“Turist axınının səviyyəsi hər iki tərəf üçün qarşılıqlı faydalı və biznesin inkişafı üçün stimullaşdırıcıdır. Azərbaycan, turist axınına görə MDB məkanında lider olan Sankt-Peterburq üçün turizm baxımından strateji əhəmiyyətli istiqamətlərdən biri olaraq qalır”.
Nana Qviçia vurğulayıb ki, Sankt- Peterburq şəhərinə ümumilikdə turist axınının bu ilin sonuna 15 % artacağını gözləyirik: "Hər il Sankt-Peterburqa gələn xarici qonaqların sayı sürətlə artır. 2019-cu ildə şəhərə təxminən 5 milyon xarici turist gəlirdisə, 2023-cü ildə gələnlərin sayı xeyli azalaraq 570 minə düşüb. Ötən il tətbiq edilən yeni mexanizmlər, o cümlədən 55 ölkə üçün vahid elektron viza, eləcə də Çin və İrandan gələn turistlər üçün vizasız rejim xarici turist axınının stimullaşdırılmasında mühüm rol oynayır”.
(report)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












