Azərbaycanlı milyonçu xanım onu yolda saxlayan qadın polislə evləndi - FOTO
Maraqlı
6 May 2021 00:16

Mahizər Salmanova bir müddət öncə yerli mediada Afrikada susuzluqdan çəkən müsəlman əhali üçün 1 milyon dollar yardım etməsi ilə gündəmə gəlib. Bu dəfə M.Salmanova ailə qurması ilə gündəm olub. Lakin biznes ledinin toyunda ən çox diqqətçəkən məqam onun həmcinsi ilə evlənməsidir.
Avtosfer.az xəbər verir ki, bu barədə shovnews.az Mahizər Salmanovadan müsahibə alıb.
- Evləndiyiniz xanımla necə tanış olmusunuz?
- Ailə qurduğum xanım polis əməkdaşıdır. Avtomobil idarə edən zaman qırmızı işıqdan keçdim. Avtomobilimi saxlamağımı əmr verdi. Deməzdim ki, bu ilk görüşdən məhəbbətdir. Amma ilk tanışlığımız yolda oldu. 8 ay ünsiyyətimiz, tanışlığımlz davam etdi. Bakıda qızlar yol polisləri ilə necə tanış olursa, məndə də elə oldu (gülür).
- Neçə yaş fərqiniz var?
- Aramızda 12 yaş fərqi var. O, məndən böyükdür. Dəli kimi sevirəm. Həyatımın sevgisini tapdığım üçün xoşbəxtəm.
- Bildiyim qədər siz daha əvvəl kişi ilə ailəli olmusunuz...
- Bəli, ailəli olmuşam. Kişi sevgililərim də olub. Amma hər zaman hiss edirdim ki, bu münasibətlərdə nə isə çatışmır. Özümü tam xoşbəxt hiss edə bilmirdim. Sonralar anladım ki, mənim ehtiras hissim həmcinslərimədir. Bunu dərk edib, qəbullanandan sonra xoşbəxtliyimi tapdım.
- Ailəniz bu münasibətinizə necə baxır?
- 4 bacım var. Yeznələrim namaz qılırlar. Anlayıram bunu onlar asan qəbul etməyəcək. Mənə də çətin olacaq. Nə olsa da, onlar mənim doğmam, canımdan-qanımdan biridirlər. İnanıram ki, onlar məni düzgün anlayacaq və qəbul edəcəklər.
- Özünüzü əməliyyatla kişi etməyi düşünmüsünüz heç?
- Yox, heç vaxt. Övladım var. Nə olsa da, mən övladımın anasıyam. Kişi vidində olmağı heç vaxt xəyal etməmişəm. Hətta qadın görkəmində kişiləri qəbul etmirəm. Azərbaycana baxanda dəhşətə gəlirəm. Bakı nə günə qalıb?! Geylər parik taxır, arxasını əməliyyatla böyüdür, arvaddan betər makiyaj edirlər.
- Düşünmürsüz ki, Azərbaycanda bu evliliyinizə pis baxarlar?
- Mən onsuz Amerikada yaşayıram, Azərbaycanda nə düşünəcəkləri məni demək olar maraqlandırmır. Burada sərbəstlikdir. Burada nəinki kişi ilə kişi, qadınla qadın, hətta atı, iti, meymunu, pişiyi, toyuğu ilə də evlənənlər var. Ona görə burada çox rahatam. Yaşadığım binada qonşularımın 90 faizi geylərdir.
Düzdür, kənardan baxan heç kəs deməz ki, onlar geydir. Nə qaş alırlar, nə makiyaj edirlər, nə parik taxırlar. Normal kişi vidindədirlər. Əksinə idman zallarından çıxmırlar. Kənardan baxanda idmançıya oxşayırlar.
- Etməmələrinə səbəb nədir sizcə?
- Pis baxırlar. İllərdir buradayam. Cəmi 2-3 dəfə trans görmüşəm. Gey klublara gedirəm. Orda belə trans yoxdur. Burada translar o qədər də qəbul olunmur.



Oxunub : 28902
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:48
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
11 Noyabr 2026 12:30
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
10 Noyabr 2026 17:02
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
8 Noyabr 2026 10:54
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
7 Noyabr 2026 00:24
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
6 Noyabr 2026 13:00
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
6 Noyabr 2026 10:30
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
5 Noyabr 2026 18:51
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
ŞƏRH YAZ












