Azərbaycanlıya məxsus YDM-dən 1 il pulsuz yanacaq doldurdular

Qəribə hadisə Belçikada baş verib. Avtosfer.az xəbər verir ki, Nim kommunasında bir sürücü “Lukoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinin ödəmə terminalında xəta aşkar edir. Bu xəta sayəsində 1 avro ödəməklə avtomobilin çənini tam doldurmaq mümkün olur. Bəzən isə ümumiyyətlə hesabında vəsait olmayan bank kartını daxil edərək pulsuz yanacaq almaq mümkün olur.
Belçikalının pulsuz yanacaq alması 1 il çəkir və o, əhvalatı dostlarına danışır. Dostlar da fürsəti əldən verməmək üçün avtomobillə yanaşı bidonları da pulsuz doldururlar. Lakin bir neçə gündən sonra uçot zamanı kəsir yarandığını görən şirkət proqram təminatını yeniləyir. Polis isə bidonlara görə sürüclərin izinə düşür.
Nəhayət, xətanı tapan belçikalı 11 000 avro cərimə olunur və 10 ay azadlıqdan məhrum edilir. YDM-ə dəyən ziyanın dəqiq məbləği müəyyən edilməyib.
Qeyd edək ki, “Lukoil” şirkətinə Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov rəhbərlik edir.
Fotodan da göründüyü kimi Belçikada yanacağın 1 lirti 1,6 avrodur, yəni 2,75 manat.
PS. Hörmətli oxucu soruşa bilər ki, bəs işçilər bu qədər adamın saxtakarlıq etdiyini görməyib? Nəzərinizə çardırım ki, sözügedən ölkədə YDM-lərdə operator ştatı yoxdur. Hər sürücü yanacağı özü alır.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












