Bahalı, lüks və qeyri-adi avtomobilləri ilə müzakirə olunan MƏŞHURLAR - FOTO

Şou-biznesdə səsi və sənəti ilə gündəmə gələnlər zaman-zaman lüks həyatı və bahalı maşınları ilə də diqqət çəkiblər. Gözönündə olan məşhurlar toylardan əldə etdikləri qazanclarına bahalı və rahat avtomobillər alırlar. Kimisi bunu zövq üçün edir, yəni nəqliyyat vasitələrindən kolleksiya yığır, kimisi isə bunu özünün və ailəsinin rahatlığı üçün istifadə edir.
Bu dəfə yerli məşhurların zaman-zaman marağa səbəb olan, ən çox müzakirə edilən qeyri-adi və bahalı avtomobililərini təqdim edirik:
Əməkdar artist Ədalət Şükürov bir vaxtlar mətbuatda "Lotus" markalı avtomobili ilə gündəm olub. Sarı rəngli nəqliyyat vasitəsi qeyri-adi xarici görünüşü ilə müzakirələr yaradıb. Sənətçinin bu maşının qiyməti 100 000 AZN olub.

"Lotus" markalı avtomobilin "99 HP 999" nömrəsinin qiyməti isə təxminən 15 000 AZN olub.

Ədalət Şükürovun 250 000 AZN qiyməti olan "Mercedes Maybach" markalı avtomobili ilə yanaşı "10-PB-002" və "10-PB-100" nömrələri də müzakirələrə səbəb olub.

"10-PB-002" və "10-PB-100" nömrələrnin hər birinin qiyməti 10 000 AZN-dən çoxdur.

Əməkdar artist Xəyyam Nisanov da şou-biznesdə avtomobil həvəskarı kimi tanınır. Onun kolleksiyasında göy rəngli “Bentley Continental GT V8”i var. İfaçının bu nəqliyyat vasitəsi də mətbuatda çox danışılıb və müzakirələrə səbəb olub.

Müğənninin maşınının “99-XN-999” bahalı dövlət nömrə nişanı var.
Şou-biznesdə ən bahalı avtomobilləri idarə edənlərdən biri də Xalq artisti Aygün Kazımovadır. Onun sarı rəngli "Chevrolet Camaro Cabriolet" markalı maşını ən çox müzakirə edilən avtomobillərindən olub.

Xalq artisti bu maşını ilə ilk dəfə "28 May - Respublika günü"nə həsr olunan yürüşdə görüntülənib.

Müğənni Rüfət Axundov da sənət aləminin tez-tez bahalı avtomobilləri ilə gündəmə gələn məşhuurlarındandır. "Həyatda tək marağım avtomobillər və geyimdir. Qorxuram ki, dünyamı tez dəyişərəm, doyunca istədiyim maşınları sürmərəm. Ona görə də tez-tez avtomobilimi dəyişirəm. Yeni nəsə çıxırsa, alıram, 5-6 ay sürüb satıram" - deyən sənətçi mütəmadi olaraq yeni maşınlarının fotolarını instaqram izləyiciləri ilə bölüşür.

"Gelandewagen" markalı maşınının fotosounu paylaşan sənətçinin bahalı "10 PP 005" dövlət nömrə nişanı müzakirələrə səbəb olmuşdu.

Rüfətin "Ford F-150" markalı və "Range Rover" markalı maşınları da var. "Range Rover"in dövlət nömrə nişanı "10 OO 310" olub.

Müğənni Şəbnəm Tovuzlunun müxtəlif vaxtlarda fərqli avtomobilləri olub. O əvvəl "Bentley Continental GT” adlı lüks maşının sahibi olub.

Sonra sataraq "Geländewagen” alıb. Daha sonra isə ağ rəngli “Range Rover” markalı maşına sahib olub. Tovuzlu avtomobilini 350 000 AZN-ə aldığını vurğulayıb.

Müğənni Orxan Babazadə də bahalı avtomobili olan məşhurlar sırasındadır. Sənətçidə 250 000 AZN-lik "Range Rover" markalı avtomobilin "Vogue 2014" modeli olub. Sənətçi bunu sifarişlə xaricdən gətirtdiyini deyib.


Orxan "Bentley" də sürür. Onun qiyməti 150-200 000 AZN aralığındadır.

Əməkdar artist Elton Hüseynəliyev də bahalı "Maserati"si də bir zamanlar mətbatda gündəm olub. İfaçı"Arzu edirəm kimin ürəyində gözəl maşın almaq arzusu varsa çin olsun. Dünya malı olsa da gözəldir" deyə açıqlama verib.

baku.ws
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA
Yaşıl enerjiyə keçid iqlim dəyişikliklərinə necə təsir edəcək? – Ekoloq AÇIQLADI










