Bahalı maşını ilə qəza törətdi, daha bahalısını aldı

Braziliyalı Antoni bahalı “BWM X6”nı itirdiyinə görə uzun müddət kədərlənməyib.
“The Sun”un məlumatına görə, “Mançester Yunayted”in 22 yaşlı cinah oyunçusu Yeni il gecəsi, daha dəqiq desək, Premyer Liqada "Vulverhempton”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra avtomobili qəzaya düşüb.

Futbolçu yağışlı havada yol nişanlarına çırpılaraq qəza törədib. Hadisə yerinə gələn və braziliyalının ayıq-sayıqlığını yoxlayan polis onun sərxoş olmadığına əmin olub.
Bundan sonra Antoni "Bornmut"la oyuna çıxmayıb (3:0). Əvvəlcə futbolçunun baş verənlərdən çox sarsıldığı güman edilib.
Ancaq indi onun oyunda olmamasının əsl səbəbi üzə çıxıb – o, futbol haqqında düşünə bilməzdi. Braziliyalı maaşına uyğun yeni avtomobil seçib.

Artıq yanvarın 9-da o, İngiltərə klubunun məşqinə 337 min funt-sterlinq dəyərində tamamilə yeni “Lamborghi”ni ilə gəlib.
Qeyd edək ki, yayda “Mançester Yunayted”ə 100 milyon avroya başa gələn 22 yaşlı futbolçu “qırmızı şeytanlar”ın heyətində 18 oyun keçirib, 6 qol vurub və iki məhsuldar ötürmə edib. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












