Bakı metropolitenində iş rejimi gücləndiriləcək

Bakı metropoliteni "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında dəyişdirilmiş iş rejimində çalışacaq.
Avtosfer.az-ın "Bakı Metropoliteni" QSC-yə istinadən verdiyi məlumata görə, qurumun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, stansiya gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Saat 20:00-da başlanacaq matça tamaşaçı marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, əlavə tədbirlər də görüləcək.
"Gənclik" stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.
"Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Qatarların hərəkəti qarşılaşma başa çatandan sonra məhz "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












