Bakı metrosunda Novruz şənliyi keçirilib - FOTO

Bu gün "Bakı Metropoliteni" QSC-nin “İçərişəhər” stansiyasında Novruz şənliyi keçirilib.
Xüsusi tərtibatlı səhnədə milli xalq tamaşası personajları - Bahar qız, Keçəl və Kosa, eləcə də digər nağıl qəhrəmanlarının iştirakı ilə şən səhnəciklər, şeirlər, zarafatlar, sorğu-suallar, dadlı-duzlu söhbətlər, təkcə kiçikyaşlı sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edib.
Sirk ustalarının nömrələri və uşaqların sifarişi ilə şarlardan hazırlanan fiqurlar stansiyanın vestibülündə bayram ovqatını daha da yüksəldib. Dünya İllüziyaçılar Assosiasiyasının üzvü Anar Əliyev sehrbazlıq proqramı ilə bayram tamaşasına rəngarənglik gətirib.
Sərnişinlər Bahar qızı, Keçəl və Kosanın müşayiəti ilə stansiya yolunda nümayiş etdirilən retro vaqonlarln salonunda gəzərək xatirə şəkilləri çəkdiriblər.
Tədbir boyunca azyaşlı sərnişinlərə Novruz hədiyyələri paylanılıb.
Layihə çərçivəsində “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun veteranı Bəhram Bağırzadə azyaşlı sərnişinlərinə qələmə aldığı kitabları imzası ilə hədiyyə edib.
Novruz qəhrəmanlarının proqramı və Bəhram Bağırzadənin kitab hədiyyələrindən ibarət şou proqram sabah davam etdiriləcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO





















