Bakı metrosunda sahibsiz it - VİDEO - YENİLƏNİB

“Hadisə ötən həftə qeydə alınıb. Qaydalara müvafiq olaraq, it metropoliten əməkdaşları tərəfindən bayıra çıxarılıb”.
Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəisi Bəxtiyar Məmmədov oxu.az-ın sorğusuna cavab olaraq deyib.
O bildirib ki, zaman-zaman pişiklərin, itlərin metropoliten keçidlərindən daxil olması müşahidə edilir:
“İstər sanitar-gigiyenik baxımdan, istərsə də sərnişinlərin təhlükəsizliyi baxımından hər hansı bir neqativ hal yaşanmayıb. Bütün bunlara baxmayaraq, neqativ hal müşahidə edilməsə də, metropoliten işçilərinə dövri olaraq zəruri təlimlər keçirilir və davranış qaydaları izah edilərək, tapşırıqlar verilir”
14:14
Bakıda küçə iti şəhər sakinlərinə maraqlı və bir o qədər də təhlükəli anlar yaşadıb.
Belə ki, küçə iti öncə “Bakı Metropoliteni” QSC-nin stansiyalarından birinə düşüb. Onun metroya necə keçdiyi isə müəmmalıdır. Sərnişinlərin bir qismi bu hadisəni gülümsəyərək qarşılasa da, digər qismi itin uşaqlara və ya sərnişinlərə hücum çəkə bilmə ehtimalı ilə narahatlıq keçirib.
Sosial şəbəkədə paylaşılan videogörüntülər iki fərqli yanaşma ilə sürətlə tirajlanıb. İlkin məlumata görə, videogörüntülər keçən həftə metronun “Nəsimi” stansiyasında lentə alınıb.
Müəyyən müddət metroda gəzən it daha sonra sərnişinlərdən birinə qoşularaq metropolitendən çıxaraq yaxınlıqdakı iri ticarət mərkəzinə girib.
“Bakı Metropoliteni” QSC-nin daxili qaydalarına əsasən, stansiyalara ev heyvanlarının ağızlıq taxılmadan daxil olması qadağandır. Sözügedən videoda sahibsiz itdən bəhs olunsa da, stansiyaların girişində metropoliten polislərinin apardığı yoxlamaları nəzərə alıb itin necə gözdən yayındığını düşünməmək mümkün deyil.
Bəs görəsən, bu it sərnişinlərdən kiməsə xəsarət yetirsəydi, “Bakı Metropoliteni” QSC cavabdehlik daşıyacaqdımı?
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












