Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxılıb - FOTO

“Bakı Metropoliteni” QSC 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə silsilə tədbirlərinə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Bayram ovqatlı tədbirlərə “İçərişəhər”, “28 May”, “Sahil”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində müxtəlif oyuncaqlarla bəzədilmiş şam ağaclarının quraşdırılması ilə başlanılıb.
Ənənəyə uyğun olaraq, qatarlardan biri bayram ovqatı ilə bəzədilib. Hər gün xətlərdə müxtəlif marşrutlar üzrə hərəkət edən bu qatarın ön hissəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, yan hissələri isə Yeni ilin rəmzləri ilə bəzədilib.
Yeni ilin ilk günlərinə qədər bəzədilmiş qatar xətlərdə hərəkət edəcək, yolkalar stansiyalarda olacaq.
Bakı metropoliteni 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər dəfə sərnişinlərinin xüsusi rəğbətlə qarşıladığı tədbirlərin hazırlığını da yekunlaşdırıb. Zəngin proqramlı tədbirlərə “İçərişəhər” stansiyasında retro vaqonların nümayişi, Şaxta baba ilə Qar qızın şən şousu, Bəhram Bağırzadə ilə görüş, 4 stansiyada konsert proqramları daxildir. Builki bayram tədbirlərinə daha biri də əlavə olunub. “İçərişəhər” stansiyasında Yeni ilə həsr olunmuş sərgi də açılacaq.
(Report)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO




















