Bakı və Moskvada eyni problem

Yandex şirkəti oktyabrın 25-dən etibarən Moskvada taksi xidmətinin qiymətini artırır.
Avtosfer.az xəbər verir ki, şirkət bu addımı sürücü çatışmazlığı ilə izah edir. Qiymətlər təxminən 4% artırılacaq. Sürücü qıtlığının səbəbləri də məlumdur.
Son bir neçə ildə Rusiyada taksi xidmətində pərakəndəliyin aradan qaldırılması üçün ciddi işlər görülüb. Xəstə, alkoqolizmdən əziyyət çəkən və ya sürücülük vəsiqəsi olmayanlar taksi fəaliyyətindən (ən azından böyük şəhərlərdə) kənarlaşdırılıb. Lakin sürücü qıtlığı yaradan ən ciddi amil əcnəbiləri sürücülük fəaliyyətinə qadağa qoyulmasıdır. Yerli əhali də taksi sürməyə çox maraq göstərmədiyi üçün sürücü çatışmazlığı getdikcə daha çox hiss olunur. Proqnoza görə 2024-cü ilin sonunadək
Rusiyada 130 min taksi sürücüsü yeri vakant olacaq. Bu da taksi xidmətində növbəti bahalşamanı labüd edəcək.
Maraqlıdır ki, taksi şirkətləri Bakıda da sürücü qıtlığı hiss edir. Taksi sürücüləri üçün imtahan sisteminin tətbiqi və tibbi yoxlamaların gücləndirilməsi ilə bir çox sürücü bu işdən uzaqlaşıb. Əlbəttə, narkoman, psixi problemli taksiçilərin yollardan yığışması təqdirəlayiqdir. Lakin bu addım kadr böhranını da paralelində gətirib. Bir sözlə, Moskva və Bakı taksi sürücüsü məsələsində dilemma qarşısındadır.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












