Bakıda avtobus çatışmazlığı yarandığı bir vaxtda sürücülər xaricə axın edir - ŞOK SƏBƏB

Son vaxtlar Bakıda avtobusların sayında azalma müşahidə olunur. Bununla bağlı müxtəlif səbəblər səslənsə də, avtobus sürücülərinin sayının azalması da fakt kimi ortaya çıxıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bakı Nəqliyyart Agentliyi tərəfindən avtobus sürücülərinin bazasının yaradılması və genişlənməsi layihəsi uğursuzluğa düçar olandan sonra sürücülərin əksəriyyəti xaricə üz tutur. Belə ki, son aylarda yüzlərlə avtobus sürücüsü daha çox Polşaya üz tutub. Onların böyük əksəriyyəti BakuBus MMC-nin sürücüləri olub. Eyni zamanda, digər özəl daşıyıcı şirkətlərdən də xaricə üz tutan sürücülər olub.
Məlumatda bildirilir ki, hazırda Polşada ictimai nəqliyyatın inkifına dair ciddi layihələr icra olunur. Bu səbəbdən də avtobus sürücülərinə tələbat yaranıb. Hər bir sürücünün aylıq maaşı 1500 dollar civarındadır.
Polşaya üz tutan sürücülərdən biri Avtosfer.az-a bildirib ki, burada fərqli marşrutlar üzrə gediş haqqı bəzən 2 avroya çatır. Sürücülər staja görə 1500 dollar və daha çox maaş ala bilirlər. Ukraynadan Polşaya axın başladığı üçün indi daha çox sürücüyə tələbat yaranıb.
Azərbaycandan və başqa ölkələrdən hər ay yüzdən çox sürücü Polşaya üz tutur.
Qeyd edək ki, bir neçə aydır Baku Bus MMC-də yeni işə qəbul olan sürücülərin maaşı kəsilib. 800-900 manat maaş adıyla işə girən sürücülərə 450-650 manat maaş yazılır. Bu səbəbdən də sürücülərin bir qismi işdən çıxıb.
Hazırda Baku Bus MMC-nin qarajında 500-ə yaxın avtobus yatır. Gündəlik xəttə çıxmadan aylardır qarajda qalan bu avtobusların xəttə çıxmamasının bir səbəbi də sürücü çatışmazlığıdır.
Elmin
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












