Bakıda eyvandan küçəyə dollar səpələdilər - VİDEO

“Fikir bildirməyə çətinlik çəkirəm. Amma əminliyimi ifadə etmək istəyirəm ki, o, əsl pul deyil. Videonu görməmişəm, sizdən eşitdim. Amma söhbətin nədən getdiyini başa düşürəm”.
Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı milli komandanın üzvü Elmar Qasımovun binanın eyvanından dollar əsginasları səpələməsini əks etdirən video barədə danışarkən deyib.
Onun sözlərinə görə, hansısa adekvat insan ilin-günün bu vaxtı belə hərəkət etməz: “Elmar milyonçu da deyil ki, eyvandan küçəyə dollar səpsin. Bilmirəm reytinq toplayır, özünü reklam edir, yaxud nəyinsə xətrinə bu addımı atıb. Yəqin ki, həmin pullar, əsginaslar əsl deyil, saxtadır, oyuncaqdır”.
Babanlı məsələyə federasiyada da baxılacağını sözlərinə əlavə edib: “Biz araşdıracağıq. Onun özünü də dəvət edəcəyik və izahat tələb edəcəyik”.
Federasiya rəsmisi Qasımovun psixologiyasında hansısa problemin olmadığını vurğulayıb: “Özünü çox yaxşı hiss edir, adekvat adamdır. Başa düşür ki, 100 kq-da onun rəqibi var. Getdikləri bütün yarışlarda rəqibi onu üstələyib. Zelim Kotsoyev yer tutanda Qasımov bunu bacarmayıb. Kotsoyev üç görüşdən qalib ayrılanda Qasımov ilk qarşılaşmasındaca uduzub. Özü də başa düşür ki, bu şansı qaçırıb”.
Babanlı məlum videonun yayılma səbəbi ilə bağlı ehtimalını da irəli sürüb: “Ola bilər ki, Elmarın məqsədi videonun kütləvi yayılması deyildi. Bəlkə də özü üçün çəkib. Kimsə bundan sui-istifadə edir və ya yayır. Belə də ola bilər. Elmar Qasımov tanınmış cüdoçularımızdandır”.
Qeyd edək ki, Elmar Qasımov 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda gənclər arasında Avropa çempionu olub. O, həmçinin dünya çempionatının (2017) bürünc, Avropa çempionatlarının (2012, 2014) bürünc və gümüş, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Elektrikomobillərin batareya dözümlülüyü yoxlanan 8 min testin nəticələri AÇIQLANDI - FOTO
Yasamalda vətəndaşlara kofe, şirniyyat və pul paylayan şəxs GÜNDƏM OLDU - VİDEO
Metro stansiyaların adlarının əvvəllər nə olduğunu bilirdiz? - FOTO
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO










