Azərbaycanda müəllimin “kəsr” izahı hər kəsi güldürdü - VİDEO

Bakıda dərs zamanı müəllimin istifadə etdiyi izah üsulu maraqla qarşılanıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, kəsirlərlə bağlı dərsi tələbələrə çatdırmaq üçün çəki fərqləri olan iki şəxs səhnəyə dəvət edilib.
Həmin dərsi tədris edən müəllim Behman Qüdsi “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən video ötən gün Bakı Mühəndislik Universitetində çəkilib.
Müəllim qeyd edib ki, təhsil ocağında “Riyazi komediya” adlı “stand up” tipli seminar təşkil olunub: “Çalışdıq ki, pedaqoji fakültədə riyaziyyat fənni üzrə təhsil alan tələbələrimiz bir qədər məsələlərə fərqli baxsın. Bu üsuldan istifadə etməklə riyazi anlayışları şagirdlərin başa düşə biləcəyi dillə izah etməyə çalışdıq. Paylaşdığım video 60 dəqiqəlik tam çıxışın sadəcə bir hissəsidir. Burada məqsəd və hədəf tamamilə başqadır. Çünki hazırda Azərbaycanda şagirdlərin, gənclərin oxuyub, anlama səviyyəsi son dərəcə aşağıdır. Burada da biz düzgün kəsirləri visual olaraq göstərməyə çalışmışıq ki, gələcəkdə bu tələbələr şagirdlərə dərsi daha əyləncəli şəkildə izah edərək işin fəlsəfəsini başa sala bilsinlər”.
Müəllim onu da əlavə edib ki, videonu hər kəs birmənalı qarşılamayıb. Belə ki, onu paylaşaraq xoşagəlməz sözlər yazanlar da olub.
Lamiyə Məmmədova
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












