Bakının ən bahalı mülklərindən biri satışa çıxarıldı: 22 milyon manata villa - FOTO

Bakıda mülk satışında növbəti qiymət rekordu qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, Badamdar qəsəbəsinin "Milyonerlər küçəsi" adlanan ərazisində yerləşən fərdi yaşayış evi 22 milyon manata satışa çıxarılıb.
Elana əsasən, 12 sot torpaqda tikilən 3 mərtəbəli ev 7 otaqdan və 800 kvadratmetr sahədən ibarətdir. Sözügedən əmlakın zirzəmisi, hovuzu, saunası, iki maşınlıq qarajı və mühafizəçi evi var.
Daşınmaz əmlak bazarı üzrə ekspert Kamil Nəbiyev 32gun.az-a danışarkən bildirib ki, Badamdar qəsəbəsində, hətta ən lüks küçələrdə belə fərdi evlərin ortalama satış qiyməti adətən 5-6 milyon manat civarında dəyişir.
Onun sözlərinə görə, 12 sot torpaqda yerləşən mülk üçün təyin olunan 22 milyon manatlıq qiymət cari bazar reallıqlarından olduqca yüksəkdir və fərdi qiymətləndirmə meyarlarına əsaslanır.
Ekspert vurğulayır ki, bu büdcə ilə Bakının mərkəzi nöqtələrində və ya lüks sahil zonalarında daha geniş infrastruktura malik alternativ mülklər əldə etmək mümkündür./32gun
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz
Həbsxanaları saxlamaq üçün sürücülərdən yığılan cərimələr artırılır
Bu ölkədə yol polisi peşəsi ləğv edilir; robotlar nəzarət edəcək - VİDEO
Körpülərin birləşən yerindəki boşluqlar nə işə yarayır? - Ekspert AÇIQLADI
Bu sürücülər kəmər taxmaya bilər
Avtomobil sənayesində yeni dövr; mexaniki sürət qutuları tarix olur?
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
Bu ölkədə piyada sürəti ilə bağlı zolaqlar təşkil olunur - FOTO
Elektrikli avtomobillərdə mufta və sürət qolu dövrü yenidən gündəmə gəlir?
Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO











