Bakının yeni zooparkında tunel akvarium olacaq - FOTO

Hazırda yenidən quruluan Zooloji Parkda tunel akvarium da olacaq.
Bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. Onun sözlərinə görə, insanlar akvaterrariumda tuneldən keçərək başlarının üzərindən balıqların üzməsini seyr edə biləcəklər:
“Hazırki Zooloji Park ilk öncə daha geniş ərazisi ilə əvvəlkindən fərqlənir. Həm qonaqlar üçün gəzinti məkanı böyükdür, həm də heyvanların saxlanacağı yerlər daha genişdir. Burada gəzinti üçün çox maraqlı trayektoriyalar seçilib. Bunun sayəsində insanlar heyvanları müxtəlif bucaqdan görə biləcək. Əlavə olaraq uşaqların zooloji həyatı daha yaxşı tanıması üçün məkan olacaq, onlar orada qısametrajlı filmlər seyr edəcək, viktorinalar olacaq”.
A.Hüseynov heyvanat parkında əlillər üçün də müxtəlif şəraitin yaradılması ilə bağlı danışıb:
“Əlil uşaqlar üçün də Zooparkda girişdən başlayaraq, parkda gəzintiyə kimi şərait yaradılıb"
Parkın daxilində baytarlıq mərkəzinin yaradırlması da nəzərdə tutulur.
Həmçinin ponidə gəzinti üçün xüsusi məkan, yeni sanitar qovşaqlar, uşaqların kiçik və təhlükəsiz heyvanlarla birbaşa təmasının yaradılması da planlaşdırılır.
Xatırladaq ki, 2019-cu ildən fəaliyyəti müvəqqəti dayandırılan Bakı zooparkında yenidənqurma və genişləndirmə işləri aparılır. Parkın əvvəlki ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq. Hazırda heyvanlar müvəqqəti olaraq Qaradağ rayonuna köçürülüb.








3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












