Ballakın avtomobili 17 milyona satıldı

"Ferrari 250 GT SWB California Spider” modelinin ilk ekzemplyarı Montereydə keçirilən “RM Sotheby’s” hərracında satılıb.
Avtosfer.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi Mixael Ballaka məxsus olan avtomobil 17 milyon dollara əl dəyişdirib.
Bu idman avtomobilin təqdimatı 1960-cı il Cenevrə avtosalonunda olub. Modeldən cəmi 56 nüsxə istehsal edilib. Məlumat üçün qeyd edək ki, “Ferrari 250 GT SWB California Spider”in digər sahibləri arasında bu günlərdə vəfat edən Alen Delon və Bricit Bardo da var idi.
Qeyd edək ki, 2015-ci ildə Parisdə keçirilən hərracda başqa bir “Ferrari 250 GT SWB California Spyder” 18,4 milyon dollara satılmışdı.
Hərracda ikinci ən bahalı lot “Scaglietti” korpuslu 1955-ci il istehsalı olan “Ferrari 410 Sport Spider” olub. Bu avtomobillə məşhur Kerrol Şelbi 1956-cı ildə “Palm Springs Road Race”in qalibi olub. Avtomobil 12,9 milyon dollara satılıb.
(iqtisadiyyat.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












