Bank kartını necə yemək olar?

Hörmətli oxucu xəbər başlığına görə belə təəssürat yaranacaq ki, bu, Azərbaycanda bəzi media qurumlarına xas olan baxış sayı toplama cəhdidir. Lakin məsələ belə deyil.
Avtosfer.az xəbər verir ki, insanın özünün də istəmədiyi halda mikroplastiklə “qidalanması” bir növ normaya çevrilib. Əlbəttə, heç kim şüurlu surətdə plastik məmulatları qida olaraq qəbul etmir. Lakin, plastik kütlədən hazırlanan materiallar həyatımıza daxil olduğu kimi mədəmizə də daxil olur. Avropalı ekspertlərin hesablamalarına görə, bir insan orta hesabla sutkada 5 qram plastik qəbul edir. Bu da bir bank kartının kütləsinə bərabərdir. İstifadə etdiyimiz qablaşdırmalarda yaranan sürtünmə və aşınma zamanı plastik kütlə ayrılır və bunun müəyyən qədəri orqanizmə daxil olur. Avtomobillərin sükanına, sürət qutusunun dəstəyinə, qapı tutacaqlarına baxdıqda bunu aydın görmək olar.
Problemin qarşısını müəyyən qədər almaq üçün gigiyena qaydalarına əməl etmək zəruridir. Məsələn, avtomobil idarə edən və ya maşında sərnişin kimi oturan şəxs qida qəbul etməzdən əvvəl mütləq əllərini yumalıdır. Uşaqlara isə qidalanmazdan əvvəl, çöldən qayıdarkən əl yumaq vərdişi aşılanmalıdır.
Fransız filosof, ekoloq Pyer Rabi haqlı olaraq deyirdi: İnsanlar o qədər toksik maddə yeyirlər ki, nuş olsun əvəzinə, Allah kömək olsun demək istəyirəm.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












