Bayram günlərində Bakı metrosunda retro vaqonlar nümayiş olunur - FOTO

Bayram günlərində Bakı metrosunda retro vaqonlar nümayiş olunur.
Bakı Metropoliteni QSC-dən Report-a verilən məlumata görə, “A”,”Q”,”E” tipli vaqon eksponatlar Zəfər Günü və Bakı metrosunun yaranmasının 55 illik yubileyi münasibətilə metropolitenin əsas muzey eksponatlarından olan retro vaqonlar “İçərişəhər” stansiyasında nümayiş etdirilir.
“A” tipli vaqon: Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan bu vaqonlar 1934-cü ilin sonunda istehsal edilib. Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var.
“Q” tipli vaqon: 1950-ci illərin istehsalı olan bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Lakin Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırılmışdı və bu səbəbdən Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb.
“E” tipli vaqon: 1959-cu ilin sonlarından istehsal olunmağa başlayan bu tipli vaqonlar keçmiş Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. O zaman Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı.
Stansiyada nümayiş olunan bu vaqonların sonuncusu 2011-ci ildə istismardan çıxarılsa da, metro sərnişinlərinin daha yaşlı nəsilləri üçün bu vaqonlar gənclik dövrlərinin xatirələrini canlandırır. Şəhərimizin qonaqları, metronun bütün sərnişinləri noyabrın 6-dan 9-dək dörd gün “İçərişəhər” stansiyasında bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO















