Bayram şirniyyatlarını hansı çərəzlərdən hazırlayaq? - AÇIQLAMA

Novruz bayramının yaxınlaşması ilə artıq bir çox evlərdə bayram şirniyyatları hazırlanmağa başlayır. Satışda isə bu şirniyyatları hazırlamaq üçün hər növ çərəzlər var. Xüsusi ilə son dövrlər saytda hazır soyulmuş çərəzlər var.
Bəs bu çərəzlərin qida dəyəri varmı? Belə çərəzlərdən şirniyyatlarımızda istifadə etmək olarmı?
Bununla bağlı Valyuta.az-a danışan qida mütəxəssisi Ağa Salamov deyib ki, belə çərəzlərdən istifadə etmək olar, ancaq çalışmaq lazımdır ki, bu məhsullar yerli olsun:
“Bölgələrəmizdə yetişən qoz-fındıqdan bayram şirniyyatları hazırlayarkən istifadə olunması daha yaxşı olardı. Öz torpaqlarımızda yetişdiyinə görə bizim üçün qida dəyəri də üstündür. Çünki təbiət bunu bizim torpaqlarımız üçün uyğunlaşdırıb. Bizim torpaqlarımızda bitən hər şey də genetik kodlarımız üçün uyğundur”.
Qida mütəxəssisi deyir ki, xanımlar əgər hazır təmizlənmiş qoz-fındıq alıb, öz şirnilərini evdə bişirirlərsə, belə hazır almaqları da qəbahət sayılmır:
“Çünki ən azından bu şirnilər evlərdə bişir. Elə evlər var ki, orda bişirilmir, mənşəyi, bişirildiyi yağları, çərəzləri məlum olmayan bişirilən yerlərdən gedib alırlar”.
Həmsöhbətimiz çərəzləri alarkən diqqət etməli olduğumuz məqamlara da toxunub. Qeyd edib ki, bu çərəzləri alarkən diqqət etmək lazımdır ki, onlar kifli olmasın:
“Həmin çərəzləri ovuc içində bir az saxlayıb qoxulamaq lazımdır. Əgər acımtıl qoxusu, nəmişlik qoxusu gəlirsə, onu almaq lazım deyil. Yaxud da dadına baxanda acılıq hiss olunursa, bu çərəzləri də almaq lazım deyil. Ancaq evə alıb gətirlən çərəzi qaynar su ilə dizenfeksiya etmək məqsədə uyğundu. Çünki həmin məhsullar günlərlə açıq vəziyyətdə qalır. Belə məhsulların üstündə hava damcı yolu ilə gələn virus və bakteriyalar ola bilər. Ona görə də bu çərəzləri istifadədən əvvəl isti su ilə dezenfeksiya etmək lazımdır”.
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA










