Bələdiyyə nəqliyyatı pulsuz etdi, müxalifət narazı qaldı

Fransanın Monpelye şəhərində bələdiyyə ictimai nəqliyyatı pulsuz edib.
Avtosfer.az xəbər verir ki, 500 000 əhalisi olan şəhərdə pulsuz nəqliyyat mərhələli şəkildə tətbiq edilib. 3 il əvvəl bazar günləri tramvaylar pulsuz rejimdə işləyib. Sonradan müəyyən kateqoriyalı insanlar üçün gediş pulsuz olub. Nəhayət bu həftədən bütün Monpelye sakinləri ictimai nəqliyyatdan pulsuz faydalana bilirlər.
Sosialist bələdiyyə sədri bildirib ki, pulsuz ictimai nəqliyyat ümumavropa öhdəliyidir. 4 nəfərlik ailənin avtomobillə hərəkət etməsi üçün ildə 1500 avro tələb olunur. Pulsuz nəqliyyat ailə büdcəsinə dəstəkdir.
Xidmət keyfiyyətinə gəlincə, bələdiyyə intervalı 20% azaltmağı planlaşdırır. Bu məqsədlə son 1 ildə 70 elektrobus və 77 tramvay alınıb.
Lakin müxalifət yeni qərardan narazıdır. Onların fikrincə, nəqliyyat təkcə Monpelye sakinləri deyil, qonaqlar üçün də pulsuz olmalıdır.
Qeyd edək ki, Fransanın 45 şəhərində ictimai nəqliyyat pulsuzdur ki, bunlardan ən böyüyü Monpelyedir. Avropa səviyyəsində isə, 2013-cü ildən Tallində (Estoniya), 2020-ci ildən isə bütün Lüksemburq Hersoqluğunda ictimai nəqliyyat pulsuzdur. Pulsuz ictimai nəqliyyat sistemi əksər hallarda özünü doğruldub.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












