Bəzi radiolar avtomobillərdə işləmir - Səbəb nədir? - VİDEO

Xaricdən gətirilən bəzi avtomobillərdə bir sıra radio dalğaları işləmir.
Avtosfer.az-ın məlumatına görə, belə hala əsasən Amerika və Yaponiya istehsalı olan avtomobillərdə rast gəlinir.
Sürücülərin sözlərinə görə, həmin istehsalçı ölkələrin avtomobillərində 'nöqtəsiz FM dalğalar işləmir. Ancaq nöqtəli FM dalğalar işləyir.
Bəs radio dalğalarının işləməməsinə səbəb nədir?
Teleradio İstehsalat Birliyinin əməkdaşı Orxan Kərimov deyib ki, hazırda ölkəmizdə radiolar rəqəmsallaşmaya doğru getdiyindən bəzi dalğalar xarici ölkə istehsalı olan avtomobillərdə işləmir. Onun sözlərinə görə, Avropada radiolar rəqəmsallaşıb, yəni DAB+ texnologiyasına keçib. Bu sistem Azərbaycanda test rejimində tətbiq edilir.
Orxan Kərimov bildirib ki, son 10 ildə yeni istehsal olunan xarici avtomobillərdə radioqəbuledicilər rəqəmli radio texnologiyasını dəstəkləyir. Buna görə də həmin ölkələrdən gətirilən avtomobillərdə nöqtəli radio FM-lər işləmir. Radioların rəqəmsallaşması ölkənin efir məkanının təhlükəsizliyinin qorunması baxımından da çox əhəmiyyətlidir.
Qeyd edək ki, FM-lər rəqəmsallaşarsa, xarici radio dalğalarının ölkəmizin efir məkanına müdaxiləsi də minimuma enəcək.
Xatırladaq ki, Avropanın bir çox ölkəsində bu sistem tətbiq edilir və müsbət nəticəsi var. Norveçdə FM-radio yayımı ümumiyyətlə yoxdur, hamısı DAB/DAB+ texnologiyasındadır. Britaniya, Almaniya və İtaliyada da yayımda ən çox rəqəmsal radio dalğalarıdır.
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?
Elektrikli avtomobillərə minənlər niyə özlərini pis hiss edir? – ARAŞDIRMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Sürücülərin illərdir inandığı fikir dəyişir: Avtomat maşınlar daha çox yanacaq sərf etmir
Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO
“Bolt” Bakıda keçirilən daha bir beynəlxalq tədbirin tərəfdaşıdır – AÇIQLAMA - VİDEO
Gömrükdə qeyri-adi hadisə: Qaçaqmalçılı göyərçin tutuldu - FOTO
Rusiya Çindən gələn yatırımlardan asılı vəziyyətdədir - POLİTOLOQ
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO












