Bezosla Mask arasında çəkişmə ABŞ-ın Aya astronavt göndərmə missiyasını bir il geri saldı

ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasının planlaşdırdığı kimi, amerikalı astronavtların 2024-cü ildə Aya enməsi texniki cəhətdən mümkün deyil.
Bunu çərşənbə axşamı mətbuat brifinqində NASA rəhbəri Bill Nelson etiraf edib.
Onun sözlərinə görə, NASA bir neçə mərhələdən ibarət olan “Artemida” Ay proqramının həyata keçirilməsi üçün qrafiki irəli çəkmək qərarına gəlib. Beləliklə, “Orion” kosmik gəmisinin ekipajla birlikdə Ay ətrafında uçuşunu 2024-cü ilin mayından gec olmayaraq gözləmək olar (İlkin olaraq bu mərhələnin 2023-cü ildə həyata keçirilməsi planlaşdırılırdı).
ABŞ Kosmik Agentliyinin direktorunun sözlərinə görə, gecikmə koronavirus pandemiyası, həmçinin Ayın eniş aparatının hazırlanmasının İlon Maskın “SpaceX” şirkətinə verilməsi ilə əlaqədar Ceff Bezosun “Blue Origin” şirkətinin məhkəmə müraciəti ilə əlaqədardır.
“Biz məhkəmə çəkişmələrində demək olar ki, yeddi ay itirdik. Bu, yəqin ki, ilk (planlaşdırılmış) eniş mərhələsini ən azı 2025-ci ilə qədər təxirə saldı”, - deyə Nelson izah edib.
O, həmçinin bildirib ki, indi, astronavtların Ay səthinə enməsindən əvvəl modulun ekipajsız endirilməsi planlaşdırılır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












