Bir eksponatın muzeyə gətirilməsi 2 milyona başa gəldi - FOTO

Texnika həvəskarları Almaniyanın Zinsxaym şəhərindəki Texniki Muzeyin yeni eksponatını səbrsizliklə gözləyirlər.
Avtosfer.az xarici saytlara istinadla xəbər verir ki, muzeyin ən böyük eksponatı yaxın həftələrdə ziyarətçilərin ixtiyarına veriləcək. Bu məqsədlə ekspozisiya yenidən qurulur. Bəs söhbət hansı eksponatdan gedir?
Almaniya donanmasına məxsus, 1973-cü ildə hazırlanmış U17 sualtı qayığı 37 il istismardan sonra 2010-cu ildə ordunun balansından çıxarılb. Bundan sonra Texniki Muzey ordu rəhbərliyini utilizasiya fikrindən daşındırmaq üçün uzun sürət danışıqlara başlayıb. Ordu razılıq verdikdən sonra söhbətə polis qarışıb. Söhbət 500 tonluq, 50 metrlik nəhəngin daşınmasından gedir! Qayığın dislokasiya olduğu limanla muzey arasında məsafə nə az, nə çox 650 kilometrdir.
Polisin də razılığı ilə iş başlayır. Bu məqsədlə 30 oxlu, alçaq platformalı qoşqu hazırlanır. Təhlükəsizlik üçün qayığın bəzi avadanlıqları sökülür, yanacaq, yağ və ballast suyu boşaldılır. Beləliklə, maşının kütləsi 500 tondan 350 tona düşür. Lakin əsas çətinlik qabaqda idi.
650 kilometrlik yol təxminən 1 aya qət olunur. Qoşqunun rahat dönməsi üçün bir çox yol yenidən düzəldilir, körpülərin altı qazılır. Bu da kifayət qədər vaxt tələb edir.
Daşınma prosesi sakinlərin ciddi marağına səbəb olur. Maşın yaşayış yerlərindən keçəndə əhali qayığın tamaşasına çıxır. Nəhayət, ötən iyulda eksponatı muzeyə çatdırmaq mümkün olub.
Bu günlərdə isə qayıqla bağlı yeni xəbər yayıldı. Məlum olub ki, eksponatın nümayiş etdirilməsi üçün muzeydə xüsusi ekspozisiya təşkil edilir. Ziyarətçilərin dar sualtı qayıqda təhlükəsizliyini təmin etmək üçün xüsusi sistemlər quraşdırılır. Yaxın həftələrdə eksponat ziyarətçilərin istifadəsinə veriləcək.

Eksponatla bağlı ən maraqlı məqam maliyyədir. Müdafiə Nazirliyi qayığı muzeyə pulsuz verib. Lakin onun təyinat yerinə çatdırılmasına 2 milyon avrodan (3,5 milyon manat) çox vəsait xərclənib. Bu vəsaitin hamısı ianələr hesabına əldə edilib.
Eksponat mövcud olduğu müddətdə muzeyə gəlir gətirəcək, almanlar isə belə bir texnikanı istehsal etməkləri ilə qürurlanacaqlar.
Vüqar
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO










