Bir nəfərə görə təyyarə limana qayıtmalı oldu

"TUI" aviaşirkətinin pilotu hava limanında pasportunu itirmiş turisti və qızı götürmək üçün təyyarəni geri döndərib.
Avtosfer.az bildirir ki, bu barədə Britaniyanın "Express" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, 38 yaşlı Adrian İnslinin Tenerifedəki ailə tətili yeddi yaşlı qızının pasportunu itirdikdən sonra "demək olar ki, pis başa çatıb". Sərnişin unudulmuş sənədi tapmaq üçün uşaqla birlikdə hava limanına qayıtmalı olub. Bu zaman kişinin valideynləri, arvadı və daha üç uşağı artıq təyyarəyə miniblər.
Britaniyalı nəhayət pasportunu tapanda fikirləşib ki, təyyarə artıq uçuş-enmə zolağına doğru getdiyinə görə, yeni uçuş üçün bilet tapmalı olacaq. Lakin pilot gözlənilmədən Adrian və qızını götürmək üçün təyyarəni geri qaytarıb.
Beləliklə, sərnişinlər ailə üzvləri ilə birlikdə evlərinə İngiltərəyə uça biliblər. "Mən heyrətə gəldim, çünki pilotun mənim üçün geri qayıda biləcəyini heç düşünməzdim", - kişi deyib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












