Bu cihazlar ölkəyə buraxılmır: Avtomobillərin yerdəyişməsinə gizli nəzarət...
Azərbaycan Dövlət Gömrük Komitəsi bəzi məhsulların ölkəyə idxalını qadağan edir. Onlar arasında gizli informasiya alınmasına xidmət edən akustik texnoloji cihazlar da var.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az.az-a verilən məlumata görə. bu tip cihazlar bir neçə qrupa bölünür və aşağıdakılardır:
“-Akustik informasiyanın gizli alınması və (və ya) qeydi üçün təyin edilmiş naqilli rabitə sistemləri, radioaparatura, akustik məlumatın məxfi qeydi üçün təyin olunmuş elektron qurğular.
-Telefon danışıqlarına gizli qulaq asılması üçün xüsusi texniki vasitələr: telefon danışıqlarının məxfi dinlənməsi üçün naqilli rabitə sistemləri, telefon danışıqlarının məxfi dinlənməsi üçün radioelektron qurğular, danışıqları haqqında məlumatların gizli qeydiyyatı üçün elektron qurğular.
-Texniki rabitə kanallarından informasiyasının gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr;
-Poçt bildirişləri və göndərişlərinə gizli nəzarət üçün xüsusi texniki vasitələr;
-Gizli qulaqasma qurğularını və məxfi məlumatların radiotexniki sızma kanallarını aşkarlamaq üçün xüsusi texniki vasitələr: radiotexniki nəzarət üçün proqram aparatkompleksi, nişanlı radiomaneə yaradıcısı, SVÇ diapazonun konverteri, spektral korrelyator, VÇ diapazonun loqoperiodik antenası, peşəkar, qeyri-xətti lokatorlar, SVÇ detektor, naqilli xəttlərin differensial adapteri, məsafəli monitorinq üçün çoxzondlu sistem, çox funksiyalı axtarış qurğusu, telefon xəttlərinin təyini üçün avadanlıq, radioötürücülərin, diktofonların və digər radioelektron qurğuların aşkarlanması üçün detektorlar, proqram-aparat kompleksləri.
-Şüalanma mənbələrinin yerini təyin edən xüsusi texniki vasitələr: Daxilində şüa mənbəsi olan istiqamətin müəyyənləşdirilməsi üçün kompaslar.
-Müxtəlif növ siqnalların texniki təhlili və tədqiqi üçün istifadə olunan xüsusi texniki
vasitələr: Naqilli kommunikasiyaların analizatorları, aşağı tezlikli siqnalların gücləndiricisi, telefon xəttlərinin analizatoru və s.
-Gizli radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular.
-Gizli vizual müşahidə və sənədləşdirmə üçün xüsusi texniki vasitələr: Obyektivlər. bəzi əlamətlərə sahib fotokameralar, bəzi televiziya və videokameralar, videoinformasiyanın məxfi alınması və qeydi üçün təyin olunmuş naqilli rabitə sistemləri, videoinformasiyanın məxfi alınması və qeydi üçün təyin olunmuş radioelektron qurğular, videoinformasiyanın məxfi qeydi üçün təyin olunmuş elektron qurğular.
-Əşyaların və sənədlərin gizli tədqiqi üçün xüsusi texniki vasitələr, o cümlədən daşınan kiçik qabaritli rentgenoskopiya, rentgenteleviziya və rentgenqrafiya aparaturaları.
-Binalara, nəqliyyat vasitələrinə və digər obyektlərə daxil olunması və onların müayinəsi üçün xüsusi texniki vasitələr: kilid qurğuların açılması üçün vasitələr, daşınan kiçik qabaritli rentgenoskopiya, rentgenteleviziya və rentgenqrafiya aparaturaları.
-Müxtəlif tikinti konstruksiyalarda xüsusi məqsədli mikrofonları, videokameraları, foto və optik cihazları quraşdırmaq üçün istifadə olunan xüsusi texniki vasitələr.
-Nəqliyyat vasitələrin və digər obyektlərin yerdəyişməsinə gizli nəzarət üçün xüsusi texniki vasitələr.
-İnformasiyanın saxlanması, işlənməsi və ötürülməsi üçün istifadə olunan texniki vasitələrdən informasiyanın çıxarılması üçün xüsusi texniki vasitələr.
-Şəxsiyyətin gizli eyniləşdirilməsi (identifikasiyası) üçün xüsusi texniki vasitələr: Biometrik skaner, biometrik oxucutanıma sistemi, səsin konvergensiya sistemi, fərdi autentifikasiya qurğusu”.
Yaşlı qadınların küçə təmizləməsi: DAVAM EDƏN SOVET ƏNƏNƏSİ - FOTO
Yol polisinin saxladığı sərxoş sürücü vəsiqə əvəzinə “İnstagram” profilini göstərdi - VİDEO
Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO











