Bu deputatlara xidməti avtomobil veriləcək - FOTO

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında parlamentin sədri, sədrin birinci müavini və üç müavin seçilib. Eyni zamanda, MM-in komitələrinin sədrləri və müavinləri müəyyənləşib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, parlament tərəfindən MM sədri, sədrin birinci müavini, müavinləri və komitə sədrləri xidməti avtomobillə təmin edilirlər.
Məlum olduğu kimi, parlamentin 15 komitəsinin altısının sədri dəyişib. Yeni komitə sədri seçilən deputatlar Arzu Nağıyev, Azər Əmiraslanov, Anar İsgəndərov, Polad Bülbüloğlu, Şahin İsmayılov və Fazil Mustafadır.
Doqquz komitənin sədri isə VI çağırışda da eyni komitələrə rəhbərlik ediblər. Onlar əvvəl də xidməti maşınlardan istifadə edib.
Milli Məclis sədrinin birinci müavini isə Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı seçiliblər. Müavinlərdən Ziyafət Əsgərov əvvəlki çağırışda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri olub.
Qeyd edək ki, ötən ildən etibarən Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti nəqliyyat vasitələri verilib. Onlar "Mercedes E 300" markalı avtomobillərdən istifadə edirlər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













