Bu ərazidə yaşayan sakinlər dayanacaq yerindən narazıdırlar - Bakıda... - VİDEO

Bakın Xətai rayonu, İlham Məmmədov 26 ünvanında avtobus dayanacağı yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, həmin ünvanda yaşayan sakinlər dayanacaq sarıdan problem yaşadıqlarını deyirlər. Onların sözlərinə görə, ehtiyac olan yerdə dayanacaq yoxdur, zəruri olmayan yerdə isə quraşdırılıb. Halbuki 1 il əvvələ qədər sözügedən ünvanda dayanacaq olub.
Sakinlər problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə etdikləri müraciətlərin cavabsız qaldığını deyirlər.
Mövzuya münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Xəzər Xəbər"ə deyib ki, bu məsələ ilə bağlı cari ilin 2 iyun tarixində vətəndaşlar Agentliyə müraciət ediblər. Bunun əsasında mütəxəssislər əraziyə baxış keçirib və müvafiq təhlillər aparıblar. Sakinlərin qeyd etdiyi nöqtə ilə mövcud dayanacaq məntəqəsi arasında 140 metr məsafə var. Bununla yanaşı, yol hərəkəti qaydaları və piyada təhlükəsizliyi baxımında da mövcud dayanacaq məntəqəsinin yeri daha məqsədəmüvafiq hesab edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












