Bəzən yüksək məbləğ ödəyərək aldığımız elektronika əşyalarını müddəti bitən kimi, yaxud xarab olanda dərhal atırıq. Amma bu bizim həyatımızın səhvidir.
Türkiyənin "Yeni Akit" nəşri maraqlı yazı dərc edib.
Yazıda qeyd edilib ki, elektronika əşyalarda qramı düz 1650 TL (təxminən 100 AZN) olan hissə - 22 əyar qızıl var.
"Elektron mallar dedikdə, çoxlarının ağlına ancaq televizor, mobil telefon və kompüter gəlir. Lakin soyuducu, paltaryuyan, qabyuyan, fen, kiçik elektrik cihazları, pult və səs sistemləri kimi cihazlarda az miqdarda qızıl var. Xüsusən də xırdavat satıcıları tərəfindən yığılan və hissələri ayrı satılan, yüksək gəlir təmin edən ana platalardakı qızılı evdə çıxarmaq mümkün deyil. Bununla belə, ana plataların təkrar emalı şirkətlərinə müraciət edə və qızılı orada çıxartdıra bilərsiniz" - məqalədə vurğulanıb. (musavat.com)