Bu, lap ağ oldu! - Bakıda 70 minə qaraj satılır - FOTO

Qarajlar vətəndaşların avtomobillərini saxlamaq üçün unikal yerlərdən sayılır. Bəzən vətəndaş bu qarajdan digər əşyalarını saxlamaq üçün də istifadə edir.
Avtosfer.az xəbər verir ki, bəzi əmlak saytlarına yerləşdirilən elə qarajlar var ki, onların qiymətinə üçotaqlı mənzil almaq belə mümkündür.
Ekpertlər deyir ki, son illər bu tip obyektlərə təlabat kifayət qədər artıb. Tələb çox olduqca qiymətlər də artır. Sayt yaratmaq
Elan saytlarında 40-50, hətta 70 min manata təklif edilən qarajlar var. Qiymətlər isə ərazidən asılı olaraq dəyişir.
Hazırda baha qiymətə təklif edilənlər siyahısına "İnşaatçılar" metrostansiyası yaxınlığında yerləşən 60 kvadrat metr sahəsi olan qaraj liderlik edir.
Növbəti qaraj isə Nizami metrostansiyası yaxınlığında yerləşir. 40 kvadratmetr sahəsi olan bu qaraj 65 min manata təklif edilir.
Qarajların bahalı olduğu növbəti ərazi isə Nərimanov rayonudur.
Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28-də, Baş Arxiv idarəsi ilə üzbə-üz ərazidə yerləşən qaraj yüksək qiymətə satışa çıxarılıb.
Belə ki, satıcı cəmi 24 kvatratmetrlik qarajı 50 min manata təklif edir.
Reiltorlar bildirir ki, qarajlar regenerasiya olunan əmlak növüdür. Gələcəkdə müvafiq icra hakimiyyəti ilə razılaşma nəticəsində üzərində əlavə tikili də artırmaq olur. Bu baxımdan qiyməti çox bahadır.
Hazırda Bakı şəhərində sənədlərindən və yerləşdiyi rayondan aslı olaraq satışa çıxarılan qarajların qiyməti 10-15 min manatdan 70 min manata kimi dəyişir.





Mənbə: Yenisabah.az
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










