Bu maşın indiyədək sürülsəydi 8 milyon kilometr qət edəcəkdi - FOTO

Taksidə istismar edilən avtomobilin tez sıradan çıxması normaldır. Lakin bəzən əksi də olur.
Avtosfer.az xəbər verir ki, yunanıstanlı taksi sürücüsü Qreqorios Saxinidis 1981-ci ildə Almaniyadan (daha doğrusu federal Almaniyadan) Mercedes 240D model avtomobil alır. 1976-cı il istehsalı olan avtomobil alınarkən çox yaxşı vəziyyətdə olub. Maşını Salonikiyə gətirən Saxinidis ondan gündəlik taksi fəaliyyətində istifadə edir. 23 il ərzində avtomobil 4 586 630 kilometr qət edir. Maşın təkcə taksi fəaliyyətinə deyil, keçmiş Yuqoslaviyada sülhyaratma missiyasında iştirakına görə də məşhur olur. Son müsahibələrinin birində saxinidis bu maşınla 9 dəfə Türkiyəyə, 90 dəfə isə Bolqarıstana getdiyini deyib. Avtomobilin bir dəfə Dizel mühərriki dəyişdirilib, əksər detallar orijinaldır.
2004-cü ildə məsələdən xəbər tutan mercedes şirkəti rəhbərliyi yunan sürücüyə maşını Ştutqartdakı muzeyə təhvil verməyi təklif edir. Əvəzində isə ona son model C sinif avtomobili hədiyyə edilir. Bərpadan sonra avtomobil Mercedes konserninin Ştutqartdakı muzeyində əbədi yerini alır.
Saxinidis bir müddət əvvəl dünyasını dəyişib. Lakin alman mütəxəssislərin hesablamasına görə bu avtomobil 80-ci illərdəki tempi ilə istismar edilsə idi indiyədək azı 8 milyon kilometr qət edəcəkdi.
Qeyd edək ki, Saxinidisin maşını tək deyil. Beyrutda və Malyorka adasında (İspaniya) fəaliyyət göstərən “milyonluq” taksilər barədə də avtosfer.az saytı əvvəllər məlumat verib.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













