Bu ölkədə saqqız çeynəmək olmaz - Dünyada 10 qəribə qadağa

Dünya dövlətlərinin cəmiyyətdə asayişi qorumaq üçün müəyyən qadağaları var. Sosial nizamı təmin etmək üçün müəyyən edilmiş bəzi qaydalar universaldır, digərləri isə hər ölkədə dəyişir. Amma bəzi qadağalar onları eşidənləri təəccübləndirir.
Saqqız çeynəmə qadağasından tutmuş ketçup qadağasına qədər ölkələrin eşitmədiyi qaydalar...
Lent.az xarici mətbuata istinadla dünya ölkələrindəki 10 müxtəlif qadağanı təqdim edir:
1. Fransa
Fransada məktəb bufetlərində ketçup istehlakı qadağan edilib. Tələbələr həftədə bir dəfə kartof qızartması ilə ketçup istehlak edə bilərlər.
2. ABŞ: Vermont
Vermontda arvadlardan diş protezləri üçün ərlərindən yazılı kağız alması tələb olunur. Əks halda diş protezləri sifariş edə bilməzlər.
3. Çin
Çində boğulan şəxsi xilas etməyə çalışmaq taleyə müdaxilə hesab edildiyi üçün qadağandır.
4. Birləşmiş Krallıq
İngiltərədə küçədə xalçaları silkələmək və çırpmaq qadağandır. Ancaq səhər saat 8-dən əvvəl süpürgəni silkələyə bilərsiniz.
5. Yunanıstan
Yunanıstanın tarixi ərazilərində dikdaban ayaqqabı geyinmək qadağandır. Dünyanın bir çox muzeyində qüvvədə olan bu qadağa Yunanıstanın tarixi bölgələrində də tətbiq edilir.
6. İsveçrə
İsveçrə heyvanların hüquqlarının qorunmasında ən həssas ölkələrdən biridir. O həddə çatıb ki, ölkədə hürən itə qışqırmaq belə qanunsuzdur.
7. Sinqapur
Sinqapurda saqqız çeynəmək olmaz. Sinqapur "təmiz və yaşıl" şəhər imicini qorumaq və yerə atılan saqqızın öhdəsindən gələ bilmədiyi üçün saqqızı tamamilə qadağan etməyi seçib. Zibil atmaq və qraffiti çəkmək də qadağandır.
8. Rusiya
Əgər Rusiyada çirkli maşın sürsəniz, çox güman ki, cərimələnəcəksiniz. Ölkə müntəzəm təmizlənməyən avtomobillərə qarşı çox həssasdır.
9. Avstraliya
Əgər sehrbaz deyilsənsə, Avstraliyada dovşan saxlaya bilməzsən. İnvaziv növ hesab edilən dovşanlara Avstraliyanın yalnız Queenslan və ətraf ərazilərində rast gəlinir.
10. İtaliya: Milan
Milanda ictimai yerlərdə sifət sallamaq qadağandır. Yalnız xəstəxana işçiləri və dəfn mərasimləri qüvvədə olan qanundan azaddırlar.
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA
Bir nömrə nişanı ilə 3 avtomobil: Sürücülər üçün maraqlı qayda
Pəhləvandan yeni şou: Dörd motosikleti belə saxladı – VİDEO
Avtomobil tarixinin ən etibarlı 16 mühərriki AÇIQLANDI
Yeni yol nişanını görənlər təəccüblənir - Mənası məlum oldu
GPS siqnalları pozula bilər: Sürücüsüz avtomobillər üçün yeni RİSK
Taksi sürücüsündən tıxacda maraqlı hərəkət - VİDEO










