Bu ölkənin diplomatlarının 2338 ödənilməmiş parklanma cəriməsi var - Pulu ödəmirlər

Rusiya diplomatları Yaponiyada qeyri-qanuni parklanmaya görə cərimə ödəməyənlər siyahısında birinci yerdədir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Fuji News Network” nəşri məlumat yayıb .
Məlumatda 5 il ərzində yəni, 2022-ci ilədək Rusiyanın Yaponiyadakı diplomatik nömrələri olan avtomobilləri 2338 ödənilməmiş parklanma cəriməsi topladığı bildirilib.
Bu, Yaponiyadakı diplomatların avtomobilləri ilə bağlı bütün cərimələrin 59%-ni təşkil edir. İkinci yerdə böyük fərqlə Çin diplomatları gəlir ki, onun səfirliyinin qanunsuz parklamaya görə 246 cəriməsi var. Siyahıda növbəti sıralarda Qazaxıstan, Misir, İran və Ukraynanın diplomatik nümayəndəlikləri qərarlaşıb.
Qeyd edək ki, Vyana Konvensiyasında nəzərdə tutulan diplomatik toxunulmazlıq parklanma cərimələrinə şamil edilmir. Yaponiya hakimiyyət orqanları diplomatların şəxsi əmlakını müsadirə edə bilmədiyindən cərimələrin ödənilməsi ilə bağlı çağırışlar əsassızdır.
Məhəbbət
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












